Yardımlı rayonunun Gügəvar kəndindən magistrala çıxan yol boyunca meşə massivində qalaqlanmış tullantılar narahatlıq doğurur.
Cenublu.az xəbər verir ki, sakinlərin iddiasına görə, bu vəziyyət təkcə Gügəvarla məhdudlaşmır – rayonun meşəboyu digər kəndlərində də oxşar mənzərə müşahidə olunur.
Vətəndaşlar aidiyyəti qurumların bu duruma məsuliyyətlə yanaşmasını və problemin aradan qaldırılmasını tələb edirlər.