Rusiya–Ukrayna müharibəsində daha bir həmyerlimiz həyatını itirib.
Cenublu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən Yardımlı rayonunun Əfçədulan kənd sakini Raqif Hüseynqulu oğlu İsgəndərov döyüş əməliyyatları zamanı həlak olub.