top
Xəzər dənizində sahilə yaxın ərazilərdə balıq ehtiyatı azalıb
18 dekabr 2025, 00:33
- ↺ +

Xəzər dənizində sahilə yaxın ərazilərdə balıq ehtiyatı azalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi sahilboyu ərazilərdə ciddi ekoloji fəsadlara yol açıb. Lənkəran sahillərində dənizin çəkilməsi nəticəsində yaranan dayazlıq və üzə çıxan sualtı qayalıqlar balıqçı qayıqlarının hərəkətini də məhdudlaşdırıb.

AZƏRTAC xəbər verir ki, ekoloji problem dəniz ekosisteminə də təsir göstərib. Belə ki, balıq sürüləri daha dərinliklərə çəkilib, bu isə sahil sularında balıq ehtiyatının azalması ilə nəticələnib.

Ekoloqların fikrincə, Xəzər dənizində suyun səviyyəsinin azalması uzunmüddətli xarakter daşıyır. Mütəxəssislər qeyd edirlər ki, balıqların daha dərin sulara çəkilməsi balıqçılıq zonalarının yenidən qiymətləndirilməsini, eləcə də sahilboyu ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Ekoloq Nazim Məmmədov bildirir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinin əsas səbəbi qlobal istiləşmə və iqlim dəyişikliyidir. Onun sözlərinə görə, Xəzərə tökülən əsas çayların – Azərbaycanda Kür çayının, Rusiya ərazisində isə Volqa və Ural çaylarının su səviyyəsinin azalması dənizin ümumi su balansına ciddi təsir göstərib: “Əvvəllər Xəzərin dayaz ərazilərində külmə, kütüm və sazan kimi balıq növləri üstünlük təşkil edirdisə, hazırda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən bu növ balıqlar dənizin daha dərin hissələrinə çəkilib. Dərin ərazilərdə isə əsasən kefal və siyənək kimi balıq növləri üstünlük təşkil edir”.

Beləliklə, baş verən proses Xəzər dənizinin ümumi su balansını pozmaqla yanaşı, onun bioloji müxtəlifliyinə də ciddi təsir göstərir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Oxşar xəbərlər