Lənkəranda tövlənin konstruksiyaları külə çevrilib. Bu haqda bu gün, 1 aprel tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Viyən kəndində qeydə alınıb. Ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Yanğın yerinə FHN-in əməkdaşları cəlb olunublar. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.