top
Taleh Qaraşovun müavininin adı vətəndaşın torpağının əlindən  alınmasında hallanır - sakindən iddia
13 may 2023, 01:12
- +

Taleh Qaraşovun müavininin adı vətəndaşın torpağının əlindən alınmasında hallanır - sakindən iddia

Sosial şəbəkələrdə Lənkəran rayonunun Cil kənd sakini Tağızadə Fərahim Vahab oğlunun Prezidentə ünvanladığı açıq məktubu dərc olunub.

“Hörmətli Prezident!

Çıxışlarınızda dəfələrlə qeyd etmisiniz ki, əgər görsəniz, rəhbər işçilər, məmurlar qanunsuz işlər görürlər, bu barədə məlumat verin, xəbər göndərin, yazın. “Qanunun aliliyi bizim üçün başlıca şərtdir, heç kimə imkan verməyəcəyik ki, qanunlarımızı pozsunlar. Əgər məmur özünün şəxsi maraqlarını təmin etmək üçün hansısa qanunsuz əməllər törədirsə, mütləq qanunla cəzasını alacaqdır. Heç bir toxunulmaz şəxs yoxdur”, - deyə bildirmisiniz.

Məlumat üçün bildirim ki, kəndimizdə 7 nəfər şəhid var, 6 şəhidin ailəsi Cil kəndində yaşayır. Kərimova Hürnisə Şahrza qızı uzun illər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi, ev 22-də qeydiyyatdadır və orada yaşayır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 2016-cı ildə Lənkəran-Astara magistral yolunun Səpnəkəran kəndi ərazisində 0,64 sot torpaqda əkilmiş hazır sitrus bağını təmənnasız olaraq şəhid ailəsi Kərimova Hürnisə Şahrza qızına vermişdir. Həmin torpaq sahəsi sonradan Kərimova Hürnisə tərəfindən satılmışdır.

Eyni zamanda 2019-cu ildə əmim oğlu Tağıyev Ağayar Baxşı oğlu ailəsinə məxsus pay torpağından Kərimova Hürnisə Şahrza qızına təmənnasız olaraq bağışlamışdır. Kərimova Hürnisəyə məxsus 0,068 sot torpaq sahəsinin yanında mənə məxsus 0,107 və Tağıyev Ağayar Baxşı oğluna məxsus 0,50 sot torpaq sahəsi mövcuddur. Çox təəssüf ki, Kərimova Hürnisə Şahrza qızı, Şağlaser Bələdiyyəsi Nəhmətov Rza Sənan oğlu və havadarları birləşərək zorla mənim torpaq sahəmi zəbt etmək istəyirlər.

Həmin ərazidə Kərimova Hürnisə Şahrza qızının adına 0,068 sot torpaqdan başqa heç bir sənəd yoxdur, varsa, təqdim etsinlər. Lənkəran 10 saylı DƏDRX tərəfindən həmin torpaq sahəsi dəfələrlə ölçülmüş və nişan qoyulmuşdur. Hansı ki, bu torpaq 40 ildən yuxarıdır bizim istifadəmizdədir. Lakin Lənkəran şəhər İcra Hakimiyyəti başçısının muavini Mikayıl Cəfərzadə polis gücü ilə torpağı əlimizdən alır.

Bu qanunsuzluqlar barədə ölkə başçısına teleqram və məktublar yazmışam. Lakin həmin məktublar Mikayıl Cəfərzadənin stolundan o tərəfə keçməyib. Hətta Mikayıl Cəfərzadə şəxsən özu sahəyə gələrək, qanunsuz akt tərtib edib. O, nə deyirsə, şübhəsiz, yerli məmurlar da onu deyir.

Bələdiyyənin həmin ərazidə heç bir torpağı yoxdur. Guya M.Cəfərzadənin iştirakı ilə tərtib olunan və bildirilən torpaq sahəsi bələdiyyəyə məxsusdur. Əslində dedikləri 0,80 sot torpaq sahəsinin reyestr çıxarışları vardır. Çıxarışda 0,65 sot torpaq sahəsinin Hüseynov Qadir Nadir oğlunun, 0,068 sot ərazinin şəhid anası Kərimova Hürnisə Şahrza qızının, 10.7 sot ərazinin Tağızadə Fərahim Vahab oğlunun, 0.60 sot torpaq sahəsinin isə Tağıyev Ağayar Baxşı oğlunun adına olduğu göstərilir. Bələdiyyənin həmin ərazidə torpaq sahəsi yoxdur.

Şəhid anası Hürnisə Kərimova hətta oğlanlarımızı şərləyərək həbs etdirəcəyini bildirdi. Məgər ölkədə “şah qanundur, yoxsa qanun şahdır”? Əlbəttə, qanun şahdır, mən buna əminəm. Əgər bələdiyyənin həmin ərazidə və yaxud yanında torpağı varsa, qanunla məhkəməyə müraciət etməlidir.

Bələdiyyənin Lənkəran rayonunun Cil kəndində kəndin ehtiyat fonduna daxil olan ümumilikdə 7 hektar torpağı vardır. Amma R.Nəhmətov bu əraziləri öz şəxsi mülkü hesab edir. Yaxşı olar ki, həmin torpaqlar şəhid ailəsinə və qazilərə verilsin. Amma torpaqları öz adamlarına istifadəyə verib, pulunu alır. Həmin torpaqların hansı məqsədlə istifadə olunduğu, daxil olan vergilərin hara xərcləndiyi barədə hesabat istəyən yoxdur.

Cənab Prezident!

Bir daha Sizdən xahiş edirəm ki, məmurların özbaşınalığına son qoyulmasına və məni sənədlərimlə bir yerdə qəbul edib, haqqın bərqərar olmasına yardımçı olasınız”.

Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti açıqlama verib:

“Bildiririk ki, Lənkəran rayonunun Cil kəndinin sakini Tağızadə Fərahim Vahab oğlunun bəzi mətbuat orqanlarında ona məxsus torpaq sahəsinin qeyri-qanunu zəbt olunması ilə bağlı səsləndirdiyi iddiaları tamamilə əsassızdır. Sözügedən məsələ araşdırılmış və məlum olmuşdur ki, Tağızadə Fərahim Vahab oğlu tərəfindən iddia edilən 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yeni elektron uçot xəritəsinə əsasən, Şağlaser bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsi Cil kənd sakini Tağıyev Ağayar Baxşı oğluna məxsus 0.62 ha pay torpaq sahəsinə bitişik ərazidə yerləşir. Şağlaser bələdiyyəsi tərəfindən 2016-cı il aprel döyüşləri şəhidi Əlizamin İslamovun anası Hürnisə Kərimovanın müraciəti əsasında kənd təsərrüfatı məhsullarının istehsalı üçün bələdiyyənin mülkiyyətində olan sözügedən 0.80 ha torpaq sahəsi 2022-ci ilin dekabr ayında istifadəyə ayrılmışdır. Həmin torpaq sahəsi şəhid anasına ayrıldıqdan sonra Cil kənd sakini, şikayətçi Fərahim Tağızadə Ağayar Tağıyevin mülkiyyətində olan torpaq sahəsindən 0.10 hektarını alqı-satqı yolu ilə almışdır. Fərahim Tağızadə mülkiyyətində olan torpaq sahəsinin şəhid anası üçün ayrılmış bələdiyyə mülkiyyətində olan ərazi ilə üst-üstə düşdüyünü iddia etdiyindən tərəflər arasında narazılıq yaranmışdır.

Məsələ ilə əlaqədar vətəndaşlar arasında yaranmış narazılığın aradan qaldırılmasından ötrü şəhər İcra hakimiyyətinin, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrinin iştirakı ilə komissiya yaradılaraq yerində əraziyə baxış keçirilmişdir. Baxış zamanı Fərahim Tağızadənin alqı-satqı yolu ilə Ağayar Tağıyevdən aldığı 0,10 ha və Ağayar Tağıyevin mülkiyyətində olan 0,52 ha torpaq sahəsi şəhid anası üçün bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə mövcud baza məlumatlarına əsasən, aidiyyəti olmadığı, lakin torpaq sahələrinin bir-birinə həmsərhəd olduğu müəyyən edilmişdir.

Tərəflərə torpaq haqqında qanunvericiliyin tələbləri bir daha izah edilmiş və yeni elektron xəritəyə uyğun olaraq, hər bir vətəndaşın qanunla mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmələri tövsiyə olunmuşdur”.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:41

Salyanda qadın yas mərasimində olarkən evi yandı - VİDEO

Bütün xəbərlər
Dünən, 17:00

Sabirabadda yol qəzası olub, yaralılar var - VİDEO

Bütün xəbərlər
Dünən, 16:30

Lənkəran mədəniyyətinə ağır itki - Klub müdiri vəfat edib

Kriminal
Dünən, 16:00

Əsgər yolasalma mərasimində dava salan astaralılar məhkəməlik oldular

Bütün xəbərlər
Dünən, 15:30

Nikah və boşanmaların sayı azalıb

Bütün xəbərlər
Dünən, 15:00

"Faytonçu Nazim"in səhhəti necədir?

Mədəniyyət
Dünən, 14:31

Şindan qalasında 23 ildən sonra yenidən arxeoloji tədqiqatlar aparılıb

Bütün xəbərlər
Dünən, 14:00

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Bütün xəbərlər
Dünən, 13:30

İldırım vurması nəticəsində şəhid olan hərbçilər təltif edildi

İqtisadiyyat
Dünən, 13:00

Ötən ay əlilliyə görə pensiya alanların SAYI

Bütün xəbərlər
Dünən, 12:30

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
Dünən, 12:00

Sabirabadda yanğın törədən şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 11:31

Son 6 ayda Azərbaycanda təbii və texnogen hadisələr nəticəsində 28 nəfər həlak olub

Cəmiyyət
Dünən, 11:00

İmişlidə partlayış zamanı xəsarət alan usta Bakıya təxliyyə olunub

Bütün xəbərlər
Dünən, 10:30

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

Kriminal
Dünən, 10:00

Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 09:30

Bu gün Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 09:00

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb

Faydalı
15 avqust 2026, 17:16

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bütün xəbərlər
15 avqust 2026, 16:03

Sabah külək əsəcək, leysan yağacaq - PROQNOZ

Kriminal
15 avqust 2026, 15:02

Dələduzluq edən 8 nəfər saxlanıldı

Cəmiyyət
15 avqust 2026, 14:00

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Cəmiyyət
15 avqust 2026, 13:00

Lənkəranda əsas yollarda işıqlandırma problemi: Dirəklər var, işıqlar yanmır

Bütün xəbərlər
15 avqust 2026, 12:30

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

Oxşar xəbərlər