Lənkəran şəhər icra başçısı Taleh Qaraşov Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində verir.
Qəbulda İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. Şəhər rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.