Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Cəlilabad rayonunda vətəndaş qəbulu keçirəcək.
Cenublu.az xəbər verir ki, qəbul aprelin 22-si saat 11:00-da Cəlilabad şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Cəlilabad rayonu üzrə təhsil sektoruna yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.