Sumqayıtda küçədə Masallı sakininin meyiti tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 aprel tarixində Lent.az-a istinadən verir.
Hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb. Araşdırma zamanı meyiti tapılan şəxsin Masallı rayon sakini, 60 yaşlı Siyasət Quliyev olduğu müəyyən edilib.
Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.