top
“Son illər gəlir əldə etmək çətinləşib” - 50 ilin arıçı qadını ilə ÖZƏL MÜSAHİBƏ
03 aprel 2025, 05:20
- +

“Son illər gəlir əldə etmək çətinləşib” - 50 ilin arıçı qadını ilə ÖZƏL MÜSAHİBƏ

Cenublu.az–ın bugünkü müsahibi 50 il arıçılıq ilə məşğul olan Masallının 61 yaşlı sakini Qönçə Quliyevadır.

Müsahibəni təqdim edirik:

- Arıçılığa necə başladınız? Bu sahəyə olan marağınız necə yaranıb?

- Arıçılığa mən uşaq yaşlarımdan başlamışam. Atam arıçı olub. Kiçik yaşlarımdan atamın yanında işləyə-işləyə öyrəndim. 50 ilə yaxındır ki, arıçılıqla məşğulam.

- Arıçılıqla məşğul olmağın çətinlikləri nələrdir?

- Arıçılıq bizə çox da çətin gəlmir. Belə baxanda, bizim üçün çox asandır. Çünki arı ailələri bizim üçün doğmadır. Hazırda arı xəstəlikləri həddən artıq yayıldığına görə bizə bir qədər xəstəlikləri araşdırmaq çətin gəlir.

- Arıçılıq sizin üçün sadəcə işdir, yoxsa həyat tərzidir?

- Arıçılıq bizim üçün hazırda işdən çox həyat tərzinə çevrilib. Ən çox sevdiyimiz peşədir, sənətdir.

- Qadınların arıçılıqla məşğul olması barədə nə düşünürsünüz?

- Az yaşlarımdan arıçılıq ilə məşğul olduğuma və Azərbaycan Dövlət Sərgi Satış yarmarkasında ilk qadın olaraq 24 il bundan öncə iştirak etdiyimə görə deyərdim ki, elə qadınlarımız arıçılıqla məşğul olsunlar. Çünki arıçılıq təmizliyi, səmimiliyi, incəliyi çox sevir. Ona görə də qadınların arılar ilə məşğul olmağı mənim üçün çox özəl bir şeydir. Həyatımda arıçılıq çox böyük rol oynayır. Arıların vurğunuyam. İstəyərdim ki, hər kəs elə arılar ilə məşğul olsun. Arıçılıq gözəl peşədir.

- Bu sahədə işləyərkən ən çox hansı çətinliklərlə qarşılaşırsınız?

- Arılar ilə o qədər də çətinliyimiz olmur. Təkcə arıları dağlara qaldıranda enişli-yoxuşlu yollar ilə böyük maşınlarla yükləmək və boşaltmaq bizə ağır gəlir.

- Arıların baxımı ilə bağlı hansı gündəlik və ya mövsümi işlər var?

- Hazırda havaların isinməsinə görə, arılar ilə bağlı gündəlik işimiz onların yeşiklərini təmizləmək, dəyişmək, dezinfeksiya etməkdir. İndi onların yemlənmə prosesi gedir ki, balalamaları yaxşı olsun. Hazırda o işlər ilə məşğuluq.

- Arıların sağlamlığını qorumaq üçün hansı tədbirlər görürsünüz?

- Biz indi arı ailələrinin ağzını açan kimi bilməliyik ki, bu arıların problemi nələrdir: anası varmı, yoxmu və ya balalaması gedir və ya getmir. Təmizlik işlərini düzgün aparmaq lazımdır. Arılar qış aylarından çıxdığına görə, həm ailələri zəifdir, həm də ola bilsin, içərisində xəstələri var. Bizim tədbirimiz odur ki, onların hər birini vaxtı-vaxtında dərmanlayaq və zamanında təmizləyək. 

- Bəzən arıların aqressivləşməsi mümkündür. Bu vəziyyətlə necə başa çıxırsınız?

- Bəli, arıların aqressivləşməsi mümkündür. Ona görə də arı geyimləri geyinirik. Xüsusi körüklər ilə tüstüdən istifadə edirik. Tüstü veririk ki, arılarda sakitlik yaransın.

- Arıçılıqda hansı növ arılardan istifadə edirsiniz və niyə?

- Cənub bölgəsində boz Qafqaz arısı daha yaxşı inkişaf etdiyinə görə, onlara üstünlük veririk.

- Arıçılıq sizin üçün nə dərəcədə gəlirli bir sahə oldu? 

- Kiçik yaşlarımdan arıçılıq ilə məşğul olmuşam. Həmçinin ailə üzvlərimizin də hər biri bu yolu seçdi. Dolanışığımız buradan çıxır. Məhsullarımızı satıb, övladlarımızı yerbəyer etdik. Evlər tikdik. Təsərrüfat qurmuşuq.

İndi son illər arılarda xəstəliklər artdığına görə gəliri bir qədər çətinlik ilə əldə edirik. Vaxtı ilə arı ailələrinin məhsulu ilə biz çox irəli getmişik. Onunla dolanmışıq.

- Qönçə xanım, əsil balı necə tanımaq olar?

- Arıçı olaraq sərgi-satış yarmarkasında 23 il iştirak etmişəm. Və deyim ki, indiki dövrdə əsil balı tanımaq həqiqi mənada çox çətindir. Əsas odur ki, balı inandığınız insanlardan alasınız. Elm inkişaf etdikcə elə ballar hazırlanır ki, təbii baldan onu seçmək mümkün deyil..

- Bal hansı xəstəliklərlə mübarizə üçün xeyirdir?

- Balın insan orqanizminə həddən artıq faydası çoxdur. Təbii bal heç nəyə ziyan deyil. Saxarozası çox olanlar şəkər xəstəliyinə ziyan edir, şəkəri artıra bilər. Amma təbii bal şəkəri artırmır. 

Nəzrin Vahid 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:18

İmişlili şəhidin oğlu vəfat etdi

Bütün xəbərlər
Dünən, 17:48

Toydan əvvəl ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri

Bütün xəbərlər
Dünən, 16:35

Kür çayı kömək gözləyir – Sahillər zibil içindədir

Bütün xəbərlər
Dünən, 16:00

Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Cəmiyyət
Dünən, 15:15

Lənkəranda 11 otaqlı yaşayış evində yanğın olub

İqtisadiyyat
Dünən, 14:39

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq artırılıb

Cəmiyyət
Dünən, 14:08

Lerikdə faciə: 59 yaşlı kişi pəncərədən yıxılaraq öldü

Bütün xəbərlər
Dünən, 13:34

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

Bütün xəbərlər
Dünən, 13:05

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 12:40

Astarada Əlişa qalasında qədim memarlıq elementləri aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:05

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 11:33

Magistraturada boş qalan yerlərə müsabiqə keçiriləcək - DİM sədri

Bütün xəbərlər
Dünən, 11:00

Lənkəranda təhlükəli yol qovşağı: Sakinlər işıqfor tələb edir

Cəmiyyət
Dünən, 10:27

Lənkəranda bitməyən işıq problemi

Kriminal
Dünən, 09:55

Azyaşlı qızla evlilik həbslə bitdi

Bütün xəbərlər
Dünən, 09:18

Masallılı məzun qəbul imtahanında maksimum nəticə topladı

Cəmiyyət
29 iyul 2026, 17:54

Lənkəranda təmizlənən ərazi yenidən zibilxanaya çevrildi

Bütün xəbərlər
29 iyul 2026, 17:25

İlin ilk 6 ayında heyvan dişləməsinin SAYI

Kriminal
29 iyul 2026, 16:57

Cəlilabadda ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Cəmiyyət
29 iyul 2026, 16:24

Yol qəzalarında ölənlərin yarısı piyadalardır - RƏQƏMLƏR

Kriminal
29 iyul 2026, 15:55

Kirayə üstündə arvadını döydü, cəzadan qurtuldu

Bütün xəbərlər
29 iyul 2026, 15:26

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Bütün xəbərlər
29 iyul 2026, 14:59

1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

Bütün xəbərlər
29 iyul 2026, 14:27

Lənkəranda tullantı atanlar cərimələndi

Oxşar xəbərlər