“Microsoft” şirkəti mayın 5-dən “Skype” messencer və videokonfrans xidmətinin fəaliyyətini dayandıracaq.
Cenublu.az ” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
Qeyd edək ki, “Skype” 2003-cü ildə təsis edilib. 2011-ci ildə “Microsoft” tərəfindən alındıqdan sonra “Skype” tamamilə “Azure” platformasına keçmişdi. 2017-ci ildə isə “Microsoft” “Skype” texnologiyasına əsaslanan “Teams”i istifadəyə verdi.