Astarada əhalinin Azərbaycan ədəbiyyatına olan marağını artırmaq məqsədilə sərgi təşkil olunub. Bu haqda bu gün, 12 iyul tarixində Cenublu.az Astara Sım Kənd Kitabxanasına istinadən xəbər verir.
Sərgi Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayon MKS-in Sım kənd kitabxanasında baş tutub. Tədbirdə "Açıq kitabxana" başlığı altında yerli əhaliyə və Sım kəndinə gələn turistlərə mədəni xidmətlərin göstərilməsi məqsədilə kitablar nümayiş olunub.
“Mütaliə həftəsi” çərçivəsində baş tutan sərginin məqsədi əhalinin Azərbaycan ədəbiyyatının ən gözəl nümunələri ilə yaxından təmasda olmasıdır.
Sərgi Sım kənd kitabxana filialı tərəfindən mütəmadi olaraq təşkil ediləcək.