İyunun 26-27-də Lənkəran və Cəlilabad rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Cəlilabad və Lənkəran rayonlarında küləyin sürəti 20,8-28,4 m/san təşkil edəcək.
Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.