Masallı Rayon İcra Hakimiyyətinin başçısı Göyəçöl kənd sakinləri ilə görüşüb. Bu haqda bu gün, 15 iyul tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Səyyar görüş-qəbulda Şahin Məmmədovdan savayı, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər. Görüşün açılış mərasimində icra başçısı ərazinin iqtisadi göstəriciləri barədə məlumat verib.
Kənd sakinləri köhnə elektrik təsərrüfatının yenilənməsi, müasir təhsil sistemi, rabitə xətlərinin bərpası, internetin zəif oilması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb.