top
Şəhid xanımı: “Mənə dedi ki, qızların ikisini də o evdən gəlin köçürdərsən”- MÜSAHİBƏ
19 sentyabr 2024, 00:15
- +

Şəhid xanımı: “Mənə dedi ki, qızların ikisini də o evdən gəlin köçürdərsən”- MÜSAHİBƏ

Haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də şəhid Yusif Xəlilovdur.

Tərcümeyi-hal:

Şəhid gizir Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub.

Vətəninə bağlı olan Yusif 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib və tank komandiri vəzifəsinə kimi yüksəlib.
Şəhidimiz 2016-cı ildə Aprel döyüşlərində iştirak edib, Lələtəpənin alınmasında qəhrəmanlıq göstərib və həmin döyüşlərdə yaralanıb. Buna baxmayaraq o, ordu sıralarında qalır və MAXE kimi fəaliyyətini davam etdirir. Şəhid Yusif Xəlilov birgünlük antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbçidən biri idi. O, ailəli idi və iki qız övladı var.

Cenublu.az saytının əməkdaşı şəhid Yusif Xəlilovun həyat yoldaşı Gülnarə Xəlilova ilə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- İlk olaraq Yusif Xəlilovun həyat yolu haqqında məlumat verməyinizi istərdim

- Ailə quranda Yusif artıq hərbiçi idi. Sentyabrın 19-da şəhid oldu. On beş gün biz ondan heç bir xəbər tuta bilmədik. Yolunu ümidlə gözlədik. Yaralı olduğunu düşünürdük. Lakin oktyabr ayının 5-də şəhid olduğunu dedilər.

Yusifin şəhid olacağı ağlıma gəlməzdi. Deyirdim, bəlkə yaralı gələr. Amma özü sanki şəhadətə ucalacağını öncədən hiss etmişdi. O, sonuncu dəfə sentyabrın 18- də evə gəldi. Bizimlə görüşüb, getdi.

- Həyat yoldaşınızla sonuncu dəfə nə zaman danışmısınız?

- Sentyabrın 19-da dostunun telefonu ilə zəng edib dedi ki, “narahat olma, hər şey yaxşıdır”. Uşaqları mənə tapşırıb vidalaşdı. Telefon danışığımızdan 2-3 saat sonra şəhid olub.

- Yusifin arzularından bəhs edərdiniz…

- Böyük qızını iqtisadiyyatçı, kiçik qızını həkim görmək istəyirdi. Bununla yanaşı, biz ev tikdirirdik. Mənə deyirdi ki, nə isə olsa, evi tikərsən... Dedim, sənə nə isə olsa, mən o evdə heç nə etməyəcəyəm. Cavabında “mənim arzularım hamısı o evdədir. Mənə nə isə olsa, qızların ikisini də oradan gəlin köçürdərsən” söylədi. Arzuları çox idi. Ev ilə bağlı o qədər arzuları var idi ki... Hətta otaqlarına kimi ayırmışdı. İndi mən onun qonaq otağı dediyi otağı onun üçün hazırlayıram. Uşaqları ilə bağlı arzuları çox idi… Hamısı yarım qaldı.

Şəhid Yusif Xəlilovun qızı Mələk Xəlilzadə ötən il bu günü atası ilə məktəbə getdiyini söyləyib:

“Atamla birlikdə biz məktəbə getdik. Sonra məktəbdən evə gələndə onunla oyunlar oynadıq, dərslərimizi etdik. Mən yenə də istəyərəm ki, atam evə gəlsin, mənim əlimdən tutub məktəbə aparsın. Həmişə dərslərimi yaxşı oxumağımı istəyirdi və gələcəkdə iqtisadiyyatçı olacağımı deyirdi. Mən atamın arzularını yerinə yetirib, gələcəyin iqtisadiyyatçısı olmaq istəyirəm”.

Video Telegram kanalımızda:

https://t.me/cenublu_az/6503

Son xəbərlər

Kriminal
Dünən, 16:31

Kənddə yayılan söz dava ilə bitdi: Həmkəndlisini ağacla vurdu

Bütün xəbərlər
Dünən, 15:27

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:38

Lənkəranda FACİƏ: 65 yaşlı qadın pilləkəndən yıxılıb öldü

Bütün xəbərlər
Dünən, 13:20

Saatlıda yanıq xəsarətləri alan qadın xəstəxanada öldü

Kriminal
Dünən, 12:32

Neftçalada qohumunun mağazasını talayan şəxs tutuldu

Bütün xəbərlər
Dünən, 11:36

Astaralı şəhidimizin doğum günüdür

Faydalı
Dünən, 10:30

Lənkəranın bu ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 09:31

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər
04 may 2026, 17:33

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Siyasət
04 may 2026, 16:48

Sabirabadda kolların kəsilməsi səbəbindən 1 milyon 240 min manatlıq ziyan hesablanıb

Cəmiyyət
04 may 2026, 15:36

Kolleclərdə bu ixtisas ləğv edilir

Bütün xəbərlər
04 may 2026, 14:39

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 may 2026, 13:48

Vətən uğrunda yazılmış əbədi bir dastana çevrilən şəhid ömrü

Kriminal
04 may 2026, 12:54

Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
04 may 2026, 11:56

Lənkəranda qəza: Avtomobil idarəetməni itirib

Kriminal
04 may 2026, 11:01

Biləsuvarda qadın ərini bıçaqladı

Bütün xəbərlər
04 may 2026, 10:00

Lənkəranda çayxanada düşən mübahisə qanla bitib

Bütün xəbərlər
04 may 2026, 09:06

Lerikdə ildırım vuran gənc ölüb

İdman
02 may 2026, 17:23

Güləşçilərimizin gizli silahına çevrilən azərbaycanlının MÜSAHİBƏSİ

Bütün xəbərlər
02 may 2026, 16:28

Biləsuvarın Ağayrı kəndində daxili yollar təmir olunacaq

Bütün xəbərlər
02 may 2026, 15:29

Sabah hava necə olacaq?

Bütün xəbərlər
02 may 2026, 14:27

WUF13 çərçivəsində Lənkəran şəhərində festival başlayıb

Bütün xəbərlər
02 may 2026, 13:51

Yardımlıda gənc qızın meyiti tapıldı

Bütün xəbərlər
02 may 2026, 12:48

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Oxşar xəbərlər