top
Şəhid Vüsal Kazımovun həyat yoldaşı bu il LDU-dan məzun oldu
06 iyul 2023, 03:39
- ↺ +

Şəhid Vüsal Kazımovun həyat yoldaşı bu il LDU-dan məzun oldu

Lənkəran Dövlət Universitetinin builki məzunları arasında universitetimizin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova da var. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyul tarixində AzEdu.az-a istinadən verir.

Vüsal Kamran oğlu Kazımov 17 dekabr 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. O, Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb, sonra Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib.

2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Təhsili ilə bərabər, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.

Vüsal Kazımov Vətən müharibəsi zamanı Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşanın azad edilməsi zamanı şəhid olub.

29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində dəfn edilib.

Baş leytenant Vüsal Kazımov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.

İki qız övladı yadigar qalıb.

Qeyd edək ki, Vüsal Kazımov LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun oğludur.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Oxşar xəbərlər