Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sağlaser və Liman ailə sağlamlıq mərkəzlərinin tərkibində vətəndaşlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yaradılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində verir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev yaradılan şəraitlə tanış olub, təcili tibbi yardım xidmətinin yaradılmasında əsas məqsədin əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması olduğu vurğulanıb.
Eyni zamanda A.Kəlbiyev ailə sağlamlıq mərkəzlərinin kollektivlərinin üzvlərinə tapşırıq və tövsiyələrini verib.