Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin şagirdi Beynəlxalq Avropa Olimpiadasının final mərhələsinə vəsiqə qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində verir.
Belə ki, coğrafiya üzrə Respublika Fənn Olimpiadasının qızıl medalçısı, Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Həşimov Əli Azər oğlu 24 iyun Serbiyada keçiriləcək Beynəlxalq Avropa Olimpiadasının final mərhələsində Azərbaycanı təmsil edəcək.