Azərbaycanda aprelin 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Rayonlarda hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.