İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Cənub rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 30-35°, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacaq.