Rəşt–Astara dəmir yolunun Azərbaycan və İran ərazisindən keçən hissəsinin tədqiqi iyun ayına planlaşdırılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 may tarixində Report.az-a istinadən verir.
Bu barədə Rusiyanın dövlət katibi – nəqliyyat nazirinin müavini Dmitri Zverev tərəfindən “Rusiya – İslam dünyası: KazanForum 2024” XV Beynəlxalq İqtisadi Forumunda qeyd olunub.
Dmitri Zverev bildirib: “Ümid edirik ki, iyunda biz ilk tədqiqat işlərinə başlayacağıq, icra müqaviləsi imzalanacaq. Bu il layihələndirmə ilə paralel olaraq tikinti işlərinə başlanılacaq ki, 2028-ci ilə artıq birbaşa xətti istismara vermək mümkün olsun”.
Daha öncə tikinti işlərinin 2027-2028-ci illərdə yekunlaşdırılmasının gözlənildiyi barədə məlumat verilmişdi.