top
Rəsilə Əliyeva erkən nikaha razılıq vermək üçün 4000 manata qədər rüşvət alırmış
20 iyul 2022, 03:37
- ↺ +

Rəsilə Əliyeva erkən nikaha razılıq vermək üçün 4000 manata qədər rüşvət alırmış

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran şəhər icra hakimiyyəti başçısının keçmiş müavini Rəsilə Əliyevanın adı rüşvət qalmaqalında hallanır. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində Bizim.media-ya istinadən verir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sayta verdiyi açıqlamada bildirib ki, Rəsilə Əliyeva erkən nikaha razılıq vermək üçün 2500-4000 manat rüşvət tələb edib: “Deyilənə görə, hadisələr Rasilənin kabinetindəcə həll olunurmuş. Görün insanın vəzifəsindən sui-istifadə halları nə həddə olub ki, Rasilə Əliyeva məsuliyyətə cəlb olunduğu üçün Lənkəran toy-bayram edib, hətta qurban kəsilib”.

Kəmalə Ağazadə yeniyetmənin qapalı depressiya vəziyyətində olduğunu da qeyd edib. “Uşaq yaşadıqlarını bir növ artıq danışa bilir. Çünki ona həm qorxu, həm də utanc hissi böyük zərbələr vurub. Özünü qapalı və təcrid olunmuş hiss edir. Səbəb ona olunan fiziki zorakılıqla bərabər, həm də illərlə ailəsinə yaxın olan məktəb direktorunun hadisədə onu qətiyyən müdafiə etməməsi olub. Yeniyetmənin bir sözü mənə təsir etdi. “Mən idmanla məşğulam, ona güc gələ bilərdim. Amma bunu etmədim, çünki məni elə tərbiyə etməmişdilər. Bilirəm ki, özümdən böyüyə əl qaldırmaq olmaz. Amma haqqımı bundan sonra da qoruyacam”.

Həmçinin Kəmalə Ağazadə 4 saylı məktəbin direktoru ilə də görüşüb: “Direktora dedim ki, uşaq döyüləndə heç olmaya onu qucaqlayıb otaqdan çıxara bilərdiniz. O isə “mən onu qoruya bilməzdim, o qadından qorxuram, siz bilmirsiz nədir” dedi və artıq müəyyən etdim ki, Rasilə Əliyeva təkcə 15 yaşlı qıza deyil, bir çoxlarına psixoloji və fiziki zorakılıq tətbiq edib”.

Qeyd edək ki, Rəsilə Əliyeva ötən gün 9-cu sinif şagirdinə qarşı zor tətbiq etdiyi üçün vəzifəsindən azad olunub. Onun barəsində cinayət işi açılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:15

Şagirdlər məktəbdə hazırladıqları qidadan ZƏHƏRLƏNDİLƏR

Bütün xəbərlər
Bu gün, 14:40

Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:35

ADY-dən yükdaşımalarla bağlı açıqlama

Kriminal
Bu gün, 13:00

Masallıda borcunu istəyəni döyüb, qulaq pərdəsini deşdi

Bütün xəbərlər
Bu gün, 12:25

Lənkəranda "Vətənə fəda olmuş sevgilər" bədii kompozisiyası təqdim olunacaq

Bütün xəbərlər
Bu gün, 11:45

Bu müəllimlərə iş yerini qarşılıqlı dəyişməyə icazə verilib

Bütün xəbərlər
Bu gün, 11:10

Masallıda kəndin qaz təchizatında fasilə yaranacaq

Kriminal
Bu gün, 10:30

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

İqtisadiyyat
Bu gün, 09:50

Azərbaycan neftinin qiyməti 133 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 09:17

Astaralı şəhidimizin anım günüdür

Siyasət
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 13-cü günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Bütün xəbərlər
Dünən, 17:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Bütün xəbərlər
Dünən, 16:25

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq - EKSKLÜZİV

Bütün xəbərlər
Dünən, 15:50

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 15:15

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bütün xəbərlər
Dünən, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:00

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 13:20

9 il itkin kimi axtarılan cəlilabadlının qatilinə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 12:45

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Bütün xəbərlər
Dünən, 12:10

Lənkəranın bu küçəsinin sakinləri problemlər burulğanında

Bütün xəbərlər
Dünən, 11:35

Masallının yetişdirdiyi böyük səs – Baloğlan Əşrəfov

Oxşar xəbərlər