Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 may tarixində verir.
Qəbulda Novruzallı kənd sakinləri öz müraciətlərini səsləndiriblər. Rayon rəhbəri yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.
Görüşdə RİH aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.