Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov əkin sahələrinin suvarma suyu təminatı ilə bağlı görülən işlərlə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində verir.
Belə ki, başçı Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərlə tanış olub, suyun səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verib.