top
Qayınatasını və həyat yoldaşını öldürməyə cəhd edən şəxsə HÖKM
17 dekabr 2025, 03:08
- ↺ +

Qayınatasını və həyat yoldaşını öldürməyə cəhd edən şəxsə HÖKM

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçalada qayınatası – şəhid atası Hüseyn Əhmədovu və həyat yoldaşı Əfsanə Bağırovanı öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun məhkəmə ifadəsi açıqlanıb.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Fərid Bağırov Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini söyləyib. O, əməlini qəsdən adam öldürməyə cəhd deyil, xəsarət yetirmə kimi qiymətləndirilməsini istəyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qayınatası ilə münasibətləri hələ subay vaxtlarından pozulub. Əfsanə Bağırova ilə ailə qurduqdan sonra isə gərginlik daha da artıb. O bildirib ki, həyat yoldaşını onun razılığı ilə qaçıraraq evlənib və iki övladı var.

Fərid Bağırov qeyd edib ki, Hüseyn Əhmədovun oğlu Vətən müharibəsində şəhid olduqdan sonra dövlət işinə düzəlib və sosial yardım məsələsi ilə bağlı ondan 350 manat tələb edib. “Sosial yardım düzəldiləndən sonra aramızda mübahisə yarandı”, – deyə o bildirib.

İfadəyə əsasən, 2025-ci il iyulun 19-da övladlarının qayınatasıgilə aparıldığını öyrənən Bağırov əsəbiləşib. Bir neçə gün ailəsinin geri qaytarılmasını xahiş etsə də, təhqirlərlə qarşılanıb.

Hadisə günü parkda Hüseyn Əhmədovla qarşılaşan Fərid Bağırov onu arxadan vurduğunu, öldürmək niyyətinin olmadığını deyib. Daha sonra həyat yoldaşına da xəsarət yetirdiyini etiraf edib.

Məhkəmənin hökmü ilə Fərid Bağırov 9 il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Oxşar xəbərlər