Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının (RİHB) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev mükafatlandırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində "Masallı Xəbərləri MİP" Facebook səhifəsinə istinadən verir.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Əlimərdan Abdullayev “Tərəqqi” medalı ilə təltif olunub.