Astara rayonu, Pensər kəndinin magistral yolunda dayanacağın olmaması sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 15 iyun tarixində Cenublu.az-a müracit ediblər.
Sakinlər bildirirlər ki, “dördyol” adlanan yolda 5.12 (avtobus dayanacağı) nişanı olsa da, dayanacaq pavilyonunun olmaması onlar üçün çətinlik yaradır.
“Bu ərazidən Lənkərana, habelə ucqar kəndlərə gedən avtobuslar keçir. Qışda soyuqda və yayda istidə dayanacağın olmamasından, əsasən, daha çox əziyyət çəkirik. Bu səbəbdən aidiyyəti qurumlardan xahiş edirik, bura dayanacaq quraşdırsınlar”, - deyə sakinlər bildiriblər.