top
Oğlunun həbs xəbərini eşidən əsir anası: “Özümdən gedib yerə yıxıldım. Ayaqlarım qan içində idi”
24 iyun 2023, 02:16
- ↺ +

Oğlunun həbs xəbərini eşidən əsir anası: “Özümdən gedib yerə yıxıldım. Ayaqlarım qan içində idi”

Ermənilər tərəfindən əsir götürülən Azərbaycan Ordusunun hərbi qulluqçusu, Lənkəran sakini Hüseyn Axundovun anası danışıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində Modern.az-a istinadən verir.

“Oğluma 20 il həbs verilməsini eşidəndə özümdən gedib yerə yıxıldım. Bir anda dünya başıma fırlandı, şoka düşdüm”, - deyə əsir anası Şəlalə Axundova bildirib.

“Hüseynə 20 il iş verildiyini televiziyadan eşitdim. O xəbəri eşidən kimi həyətə çıxdım. Bir anda yerə yıxıldım. Dizlərimin ağrısından oturub-dura bilmirəm, gəzə bilmirəm. Ayaqlarım qan içində idi. İndi də xəbərlərə baxıram. Gözüm oğlumu axtarır, onu görmək, səsini eşitmək istəyirəm. Gecə-gündüz dua edirəm ki, Hüseyn əsirlikdən azad olunsun. O, evə qayıtmayana qədər mən yaşaya bilmərəm”, - Şəlalə Axundova söyləyib.

O, yenidən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladığını deyib.

“Həbslə bağlı mənə heç nə demədilər. Xəbərlərə baxanda bildim. Televizorun qarşısında oturub gözləyirdim. Birdən Hüseynin adını eşitdim. 20 il həbs deyiləndə dəli oldum. Bu nə işdir bizim başımıza gəlib?! Qırmızı Xaç Komitəsi ilə danışmışam, onlarda da hələ heç bir xəbər yoxdur. İyulun 13-də onlara baş çəkəcəklər. İnşallah övladım həmin vaxta kimi azad olunar. Bizim yazdığımız məktubun gələn ay görüşdə onlara veriləcəyini dedilər. Ümidimizi itirməmişik. İnanıram ki, dövlətimiz Hüseynlə Aqşini erməni əsirliyindən azad edəcək”, - Şəlalə Axundova əlavə edib.

Xatırladaq ki, iyunun 21-də qondarma qətl işində ittiham olunan Hüseyn Axundova 20 il həbs cəzası kəsilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Bu gün, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Bu gün, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Oxşar xəbərlər