Neftçala rayonunda oğul atasını döyüb.
Oxu.az xəbər verir ki, hadisə Neftçala şəhəri, 6-cı məhəllədəki evlərdən birində baş verib.
Şəhər sakini, 46 yaşlı Ruslan Məmmədov yaşadığı evdə 70 yaşlı atası ilə mübahisə edib. Mübahisə nəticəsində Ruslan atasını yumruq və təpik zərbələri ilə döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib.