Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Astara rayonunda vətəndaş qəbulu keçirib. Bu haqda Cenublu.az bu gün, 23 iyun tarixində məlumat verir.
Görüşdə rayon sakinləri, şəhid ailələrinin üzvləri və müharibə veteranları iştirak ediblər.
Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.