Naxçıvanda yerləşən Bazar gölündə boğularaq ölən tələbələr Astarada dəfn olunublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində Apa.az-a istinadən verir.
Onlar doğma Pensər kəndində torpağa tapşırılıblar.
Qeyd edək ki, ötən gün Astara rayonunun Pensər kənd sakinləri – 19 yaşlı Fəttah Zəkəriyəyev və 18 yaşlı Əli Mehrəliyev Bazar gölünə yıxılıb və boğularaq ölüblər. Onların hər biri Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasının I kurs tələbəsi idi.