Masallılı şəhidin adı Mübariz Mənsimovun gəmisinə veriləcək. Bu haqda bu gün, 7 aprel tarixində Cenublu.az “Palmali Group of Companies”ə istinadən xəbər verir.
Şəhid Vüsal Məhərrəmovun adı Mübariz Mənsimovun sahibi olduğu gəmilərdən birinin üzərində olacaq. İgidlərimizin adını okean sularında tanıtdıran iş adamı təqdimetmə mərasimini 8 aprel tarixində təşkil edəcək.
Vüsal Məhərrəmov 1979-cu il dekabrın 10-da Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Ailəli idi. 2 oğlu yadigar qalıb.
Vüsal Məhərrəmov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. İgidimiz "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.