70 saylı Masallı Şəhər Seçki Dairəsindən seçilən deputat Məşhur Məmmədov seçicilərinə Qurban payı göndərib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyun tarixində verir.
Belə ki, 87 şəhid, 1263 qazi ailəsinə və sosial təminatı az olan ailələrə pay göndərilib.
Qeyd edək ki, 1350 ailəyə ümumilikdə 2 ton 800 kq qurban əti paylanıb.