Masallı rayonunun Yeyənkənd kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, həyətyanı ərazidə yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.