Masallı rayonunun Boradigah qəsəbəsində yollar təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
Belə ki, qəsəbənin ara yollarına 7 maşın qırma daş, 8 maşın çınqıl tökülərək yayılıb.
Qeyd edək ki, işlər qəsəbənin xeyriyyəçiləri tərəfindən görülüb.