Masallıdan olan gənc təhsilini fərqlənmə ilə bitirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində verir.
Söhbət Aysun İltifatlıdan gedir. O, 2017-ci ilin qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərərək 695 bal toplayıb. Həmin ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub. Bir neçə gün öncə isə qırmızı diplomla məzun olub.