Masallıda yerləşən apteklərdən biri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində verir.
Belə ki, şəhərin M.C.Talışxanov küçəsində yerləşən "Nahid" apteki qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması səbəbindən qurumun əməkdaşları tərəfindən cərimələnib.