Masallı rayonunun İkinci Yeddioymaq kəndində yanğın qeydə alınıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 12 m² sahədə, 3 paq.m mətbəx mebeli və 1 ədəd soyuducu yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.