top
Masallıda xiyar sahəsi susuzluqdan “yanır”
31 may 2023, 05:59
- ↺ +

Masallıda xiyar sahəsi susuzluqdan “yanır”

Masallı fermerləri sahələrində yaranan çətinlikdən narazıdırlar. Bu haqda bu gün, 31 may tarixində Cenublu.az Qafqazinfo.az-a istinadən xəbər verir.

Qızılağac kənd sakini, fermer Anar Abbasovun dediyinə görə, o, problemlə əlaqədar olaraq dəfələrlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rayon Suvarma İdarəsinə müraciət etsə də, səsinin eşidilmədiyini bildirib:

"Damcılama qaydasında 6 hektar xiyar əkmişəm, amma onu suvara bilmirəm. Xiyar elə tərəvəzdir ki, ən azı iki gündən bir suvarılmalıdır. Əkində 17 insanın əməyi keçib, məhsul yığımında isə 65-70 insan işləyəcək. İndiki şəraitdə böyük iş yeridir. Buna baxmayaraq, aidiyyəti qurumlar bizim şikayəti dinləmir, hər şeyin üstündən keçirlər, sanki mən heç onlara şikayət etməmişəm. Xiyar sahəsi suvarılmır. Aidiyyəti qurumlar bizə yardım etməkdən imtina edirlər. Bizim sahəyə su gələn arxdan 1000 metr qabaqda bir fermerin yonca sahəsi var. Onun ot sahəsinin suvarılması üçün Ekologiya və Təbbi Sərvətlər Naziriyi tərəfindən qadağan olunmuş böyük həcmli su nasosu quraşdırılıb. Dəfələrlə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rayon suvarma idarəsinə müraciət etmişəm. Amma orada məni eşidən yoxdur”.

Fermer bildirib ki, ot sahəsinə qeyri-qanuni qoyulan nasos oradan götürülməsə, 70 ailə ac qalacaq:

"Dedim ki, gəlin, yoxlayın, belə olmaz. Burada 70 nəfər işləyir, atasız, xəstə, imkansız, hətta gündəlik Rayon İcra Hakimiyyətinin binasının qarşısında iş istəyənləri belə işlə təmin etmişəm. Arxamız, dayağımız, pulumuz yoxdur deyə bizi eşitmirlər. Həmin fermerin ərazisinə qoyulan nasosu oradan təcili götürmək lazımdır. Mən bu barədə şöbəyə deyəndə qurumdan mənə dedilər ki, nasosun sahibi onun üçün icazə alıb. Bu nasos 10 nəfərin suyunu götürür”.

Qafqazinfo.az əməkdaşları məsələ ilə bağlı şikayətçinin ittiham etdiyi Ekologiya və Təbii Sərvətlər Naziriyi ilə əlaqə saxlayıblar. Nazirliyin nümayəndəsi İradə İbrahimova problemin araşdırılacağını deyib. Sorğu, həmçinin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə də ünvanlanıb. Sözügedən qurumdan bildiriblər ki, məsələ araşdırılacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər