Masallıda həssas əhali qruplarından olan şəxslərə ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində BMT-nin Azərbaycan nümayəndəliyinə istinadən verir.
Maraqlananlar 15 iyul-15 dekabr tarixləri aralığında Masallı Qadın Resurs Mərkəzinə müraciət edə bilərlər. Mərkəz Qarabağ küçəsi, 17 ünvanında yerləşir. Əlaqə üçün vasitələr: (051) 205-99-52 və ya [email protected].
Qeyd edək ki, vətəndaşlar ödənişsiz hüquqi yardımdan BMT İnkişaf Proqramının (BMTİP) dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yararlana biləcəklər.