top
Masallıda tapılan kitab və əlyazmaların yaşı və sahibi bilindi - FOTO
22 aprel 2025, 02:27
- ↺ +

Masallıda tapılan kitab və əlyazmaların yaşı və sahibi bilindi - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıda tapılan kitab və əl yazmaların bir neçə nüsxələri oxunub və məlum olub ki, onları o dövrün tanınmış alimi yazıb və XVIII əsrə aiddir.

Cenublu.az xəbər verir ki, Masallı rayonunun Məmmədoba-Tuado yolunun sol tərəfindən axan Çaykəş çayından tapılan dini kitablar və əlyazmaların Şeyx Cəlal Lənkəraniyə məxsus olduğu da müəyyən edilib. Şeyx Cəlal Lənkərani cənub bölgəsinin görkəmli alimlərindən və dəyərli ruhanilərindən biri olub.

O, 1885-ci ildə Masallı rayonunun Kolatan kəndində doğulub. Şeyx Cəlal 1900-1920-ci illərdə Tehranda və Nəcəfdə üsul, fiqh və fəlsəfə elmləri üzrə ali təhsil alıb. O, riyaziyyat, astronomiya və həndəsə sahəsində də dərin biliklərə sahib olub.

Şeyx Cəlal 1920-ci illərin ortalarında Kolatana qayıdıb. Quran qiraəti, ehkam və islam maarifi sahəsində dərslər təşkil edib.

Təzyiq və təqiblərə məruz qalan Şeyx Cəlal Lənkərani 1928-cı ildə Biləsuvar rayonuna köçüb. İki ay sonra məxfi şəkildə dinin fəaliyyət göstərdiyinə görə həbs olunub və on il həbs cəzası alıb. Şeyx Cəlal 1938-ci ildə həbsdən azad olub. Lakin bir neçə aydan sonra yenidən həbs olunub və Qazaxıstana sürgün edilib. 1948-ci ildə Azərbaycana geri döndükdən sonra 1957-ci ilə kimi Bakının Buzovna qəsəbəsində yaşayıb və gizli şəkildə dini dərslər təşkil edib. 1957-ci ildə doğulduğu Kolatan kəndinə qayıdıb və ömrünün sonuna kimi burada yaşayıb. 1961-ci ilin mart ayında doğulduğu kənddə vəfat edib və kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, tapılan 100-ə yaxın kitab və əlyazmanı ailə münaqişəsi zəminində yandırmaq istəyiblər. Kitab və əlyazmaların yanmadığını görüb çaya atıblar.

Artıq kitabların bir qismi Masallı rayon Tarix və diyarşünaslıq muzeyinə təhvil verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər