top
Masallıda şəhid anasının məktəb direktoru vəzifəsindən uzaqlaşdırılması ilə bağlı rəsmi açıqlama
04 noyabr 2023, 04:14
- +

Masallıda şəhid anasının məktəb direktoru vəzifəsindən uzaqlaşdırılması ilə bağlı rəsmi açıqlama

Rafiq Əlihəsənov adına Masallı şəhəri 1 saylı tam orta məktəbinin müəllimi, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova məktəbdə direktor vəzifəsindən uzaqlaşdırılması və pedaqoji fəaliyyətinin dondurulması iddiası ilə çıxış edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Qafqazinfo-ya istinadən verir.

O bildirib ki, həmin məktədə 1994-cü ildən müəllim və direktor müavini (təşkilatçı) kimi fəaliyyət göstərib: “2021-ci ilin dekabr ayında Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları və müəllim kollektivinin iştirakı ilə həmin məktəbdə səsvermə ilə direktor əvəzi seçildim. 02.12.2021-30.12.2022 tarixləri arasında müqavilə əsasında direktor əvəzi vəzifəsində çalışdım. 3 ay məzuniyyət dövründə mənimlə müqavilə bağlanmadı, lakin yenidən sentyabr ayında müqavilə bağlandı. Sonra Masallı rayonu üzrə təhsil sektorunun müdiri və nümayəndələri məktəbə gələrək müəllimlərlə iclas keçirdilər, məni məktəbin direktoru kimi təqdim etdilər və işimə davam etdim. Mən direktor olduğum üçün sektordan müavin tələb etdim, çünki bu illər ərzində mən 1 müavin və 200 nəfərə yaxın kollektiv, 2000-ə yaxın şagird kontingenti ilə çalışırdım. Lakin bu ilin yanvarında məni işdən çıxararaq yerimə başqasını gətirdilər. Möhürü və açarları məndən təhvil aldılar”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə (LARTİ) müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq deyilib ki, 2022-ci ilin dekabr ayında LARTİ-nin müvafiq əmrinə əsasən, sözügedən məktəbdə aparılan yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkar olunduğu, normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib: “Belə ki, yoxlama zamanı Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə tədris-pedaqoji sənədlərin və kargüzarlığın aparılmasında mövcud normativ-hüquqi sənədlərin tələblərinə riayət edilmədiyi, dərs bölgüsünün ixtisas müəllimləri arasında düzgün aparılmadığı, yuxarı siniflərdə şagirdlərin dərsə davamiyyətinin zəif olduğu, qanunsuz şagird yerdəyişməsinin aparıldığı, dərnək və dərsdənkənar məşğələlərin təlimata uyğun təşkil edilmədiyi, müəllim və texniki işçilər arasında əmək intizamının tələblərinin pozulduğu və digər nöqsanların mövcud olduğu aşkarlanıb”.

Açıqlamada bildirilib ki, həmin dövrdə məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Sultanovaya yazılı xəbərdarlıq edilib və 30.12.2022 tarixində onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdikdən sonra növbəti dəfə müqavilənin müddəti uzadılmayıb.

İdarədən qeyd edilib ki, Mehriban Sultanova idarənin müdirinə ərizə ilə müraciət edərək həmin dövrdə mövcud olan nöqsanların aradan qaldırılmasından ötrü məktəbin idarə və sektor tərəfindən xüsusi nəzarətə götürülməsini xahiş edib: “Odur ki, qeyd olunanlar nəzərə alınaraq, məktəbə yeni direktor təyinatı olanadək məktəbin idarə olunmasına nəzarət Masallı rayonu üzrə təhsil sektoru tərəfindən həyata keçirilib. Eyni zamanda Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 18.01.2023 tarixindən Masallı rayonu Mololon kənd ümumi orta məktəbinin direktoru Şəmmədov Ağamməd Məhəmməd oğlu yerdəyişmə ilə həmin məktəbə direktor vəzifəsinə təyin edilib və məktəb rəhbərliyi tərəfindən aparılan araşdırmalar nəticəsində daimi işə gəlməyən 5 nəfər müəllim və 4 nəfər texniki işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”.

Təhsil İdarəsindən verilən məlumata əsasən, araşdırma zamanı müxtəlif səbəblərdən dərsə davamiyyəti olmayan, qanunsuz olaraq adları məktəb kontingentinə daxil edilmiş (fiziki olaraq şəxsiyyəti müəyyən olunmayan, ərazidə yaşamayan və s.) 171 şagird məktəbdən xaric edilib.

Açıqlamaya görə, Mehriban Sultanova 1994-cü ildən 2019-cu ilədək qeyd olunmuş məktəbdə ibtidai sinif müəllimi, 2019-cu ildən hazırkı dövrədək təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Məktəbdə direktor vəzifəsi vakant olduğu üçün 02.12.2021 tarixindən 30.12.2022 tarixinədək həmin vəzifə hər dəfə üç ay olmaqla, müddətli müqavilə ilə M.Sultanova tərəfindən icra edilib: “M.Sultanova hazırda məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Eyni zamanda cari tədris ilində məktəbin I-IV siniflərində ona 12 saat yığma dərslər (fiziki tərbiyə, musiqi, təsviri incəsənət və texnologiya) verilib, şagird sayına görə isə hər ay əməkhaqqına 400 manat məbləğində əlavə verilir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
Bu gün, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
Bu gün, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
Bu gün, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
Bu gün, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
Bu gün, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
Bu gün, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
Bu gün, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
Bu gün, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Bütün xəbərlər
Bu gün, 10:49

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu

Bütün xəbərlər
Bu gün, 10:09

"Torpaqlarımız qayıdacaq, amma mən qayıtmaya bilərəm..." – Şəhiddən qalan son foto

Bütün xəbərlər
Bu gün, 09:29

19 yaşlı lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
Dünən, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
Dünən, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Dünən, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Oxşar xəbərlər