Masallıda İcra Hakimiyyətinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər. Bu haqda bu gün, 4 aprel tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Əməkdaşlar şəhid Səlimov Sənan Nasif oğlunun doğum günü ilə əlaqədar ailəsinin evində olublar. İgidimizin Təzə Alvadı kəndində yerləşən məzarını ziyarət edən qonaqlar ailənin qayğıları ilə maraqlanıblar.