Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu haqda bu gün, 7 aprel tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Agentliyin keçirdiyi yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
Ticarət müəssisələri:
- "Nihad" marketi - Masallı şəhəri, M.C.Talışxanov küçəsi;
- "Ağ" marketi - Masallı şəhəri, H.Əliyev prospekti 37A.
İctimai iaşə obyektləri:
- "Azəri" kafesi - Masallı rayonu, Binə Xocavar kəndi.
Nöqsanların aşkar edildiyi obyektlərdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi faktı aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.