Qurban bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunublar. Bu haqda bu gün, 9 iyul tarixində Cenublu.az YAP Masallı RT-yə istinadən xəbər verir.
Ziyarət Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, "Viləş" körpələr evi-uşaq bağçası və partiya fəallarının birgə təşəbbüsü ilə keçirilib. Təşkilatçılar ailələri Qurban bayramı münasibətilə təbrik edib, onlara bayram sovqatı təqdim edib və qayğıları ilə maraqlanıblar.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, barələrində xoş təəssüratlarını bölüşüb, qazilərə Allahdan şəfa diləyib.