Masallı rayonu Qəriblər kənd tam orta məktəbin fizika müəllimi, "Örnək müəllim" Emil Bayramovun XI sinif şagirdi Səyyarə Əliyeva qızıl medal əldə edib.
Azedu.az xəbər verir ki, Əliyeva Səyyarə Amil qızı bu uğura Lənkəran Dövlət Universitetinin (LDU) keçirdiyi zona olimpiadasında imza atıb.