Masallı rayonunda kanalda meyit aşkarlanıb.
Apa.аz xəbər verir ki, hadisə dekabrın 29-da baş verib. Masallı rayonunun Bədəlan kənd sakini, 45 yaşlı Ruhiyyə Mirzəyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənd ərazisində yerləşən kanalda tapılıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.