Masallı şəhərində kafe yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 120 kv.m olan dəmir konstruksiyadan ibarət kafenin taxtadan ibarət üzlüyü 60 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.