Masallıda itkin düşən 16 yaşlı qız tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində Apa.az-a istinadən verir.
Belə ki, bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinova Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Lənkəran şəhərində tapılıb. O, ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.