Masallıda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 may tarixində Lent.az-a istinadən verir.
Hadisə rayonun Səmidxanlı kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Əli Quliyev nənəsinin evində özünü asıb. Onun asılmış meyitini nənəsi aşkarlayıb. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.