Masallıda yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 may tarixində verir.
Ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində dəhliz və hamam otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov mühafizə bölmələri tərəfindən söndürülüb.